Məcid Seyidov Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında iştirak edib

Mayın 19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. İclasda Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri, nazir vəzifələrini icra edən Məcid Seyidov da iştirak edib.

İclasda “Daxili audit və monitorinq tədbirlərinin aparılması Qaydaları” müzakirə olunaraq təsdiq edilib. Bundan əlavə, fəxri adların verilməsi məsələsinə baxılıb. Nazirliyin Kollegiya qərarı ilə Tarakanov Aleksandr Petroviçə​​​ (yunan-Roma güləşi) və Validarvi Morteza Əliabbas oğluna​​​ (badminton) Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı verilib.

İclasda həmçinin digər məsələlər müzakirə olunub.